Ermənistanın idman və gənclərlə iş üzrə naziri Yuri Vardanyanın oğlu David Vardanyanın erməni-İran sərhədində saxlanması faktı ilə bağlı yeni maraqlı təfərrüatlar ortaya çıxıb.
ERtv “Tert.am”a istinadən xəbər verir ki, erməni qəzeti “Joxovurd”un mənbələrinin iddiasına görə, D.Vardanyan narkotik maddələrin daşınmasında şübhəli bilinərək İran hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən yaxalanıb.
Lakin saxlanılan şəxsin Ermənistan vətəndaşı və yüksək çinli məmur oğlu olduğu ortaya çıxdıqdan sonra lazımsız səs-küyün qarşısını almaq üçün onu dərhal Ermənistana göndəriblər və bununla belə erməni sərhədçilərini baş verənlər barədə xəbərdarlıq edərək onları D.Vardanyanı həbs etməyə çağırıblar.
Nəşr yazır ki, İran sərhədçiləri özlərini ona görə belə aparıblar ki, İslam Respublikasında narkotik saxlamağa görə insanları edam edirlər və Ermənistan vətəndaşını edam hökmündən xilas etmək məqsədi ilə onu öz hüquq-mühafizə orqanlarına təhvil vermək qərarına gəliblər.