ABŞ Suriyada kimyəvi silahın məhv edilməsinə 6 milyon ayıracaq
24 oktyabr, 2013 18:08
ABŞ Administrasiyası Suriyada kimyəvi silahın məhv edilməsi üzrə proqrama 6 milyon dollar ayırmaq niyyətindədir.
ERtv-nin İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Mari Haff jurnalistlərə brifinqdə bildirib.
Onun verdiyi məlumata görə, vəsait BMT-nin silahsızlaşdırma, kütləvi qırğın silahlarının yayılmaması Fondu və Kimyəvi silahın qadağan edilməsi Təşkilatı (KSQT) tərəfindən köçürüləcək.
Bundan əlavə, o, ABŞ-ın Suriya müxalifətinə yardımı dayandırması barədə KİV-lərdə yayılan məlumatı təkzib edib.