Bu il sentyabrın 13-14-də Stokholm şəhərində keçirilmiş İkinci Nobel elmi-innovativ konfransının təşkilində Dövlət Neft Şirkəti sponsor və ya hər hansı digər formada iştirak etməyib.
ERtv xəbər verir ki, bu barədə Dövlət Neft Şirkəti məlumat yayıb:
“Bununla əlaqədar bəzi kütləvi informasiya vasitələrində yayılmış məlumatlar əsassızdır və təkzib olunur”.
Qeyd edək ki, bəzi Kütləvi İnformasiya Vasitələrində Bakı Nobel İrsi Fondunun SOCAR-ın dəstəyi ilə Stokholmda II Nobel elmi-innovativ konfransı təşkil etdiyi və konfrans zamanı israfçılığa yol verildiyi, Nobel qardaşlarının adından sui-istifadə edilərək elmi konfransın siyasi konfrans kimi keçirildiyi barədə məlumatlar yayılıb.
İddiaya görə, hətta İsveç Sənaye Tarixi Mərkəzi və Nobel qardaşlarının qanuni varisi Bakı Nobel İrsi Fondu ilə əməkdaşlığı dayandırıb.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı