Xəbərlər

İlham Əliyev Braziliyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib
23 oktyabr, 2013 20:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Santyaqo Luis Bento Fernandes Alkasarın etimadnaməsini qəbul edib.

ERtv-nin AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Santyaqo Luis Bento Fernandes Alkasar etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Santyaqo Luis Bento Fernandes Alkasar oktyabrın 9-da keçirilən prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. Diplomat paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin qurulmasının 20 ilinin başa çatdığını vurğulayan səfir əlaqələrimizin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı.

Siyasi sahədə əlaqələrin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev iqtisadi, kənd təsərrüfatı, biznes, turizm və digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.