Estoniya-Azərbaycan matçının vaxtı elan olundu
23 oktyabr, 2013 20:29
Məlum olduğu kimi, noyabrın 15-də Tallində Estoniya və Azərbaycanın futbol yığmaları arasında yoldaşlıq görüşü keçiriləcək.
ERtv-nin AFFA-nın saytına istinadən verdiyi xəbərə görə, artıq oyunun başlama vaxtı məlumdur.
Oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Xatırladaq ki, matç “A. Le Koq Arena” stadionunda keçiriləcək.