Gürcüstan Prezidenti Mixail Saakaşvili bu gün Tiflisin Diqomsk rayonunda yerləşən və dövlət büdcəsi hesabına maliyyələşən iqamətgahını tərk edib.
ERtv “Qruzya-onlayn”a istinadən xəbər verir ki, iqamətgah dövlət tərəfindən prezident və ailəsi üçün kirayələnibmiş.
Gürcüstanın birinci xanımı Sandra Rulovs bildirib ki, valideynləri əşyaların köçürülməsində ona çox kömək edib:
“Valideynlərim ötən həftələrdə yanımda olub və mənə kömək ediblər. “Əlbəttə, bu, bir qədər çətindir. Dünən inventarizasiya da aparıldı”.
Mixail Saakaşvili isə nənəsinin ona görə evsiz qaldığını bildirib:
“Nənəm evsiz qalıb. Bu torpağı mənə hədiyyə edib, və anamın evinə köçüb. Hazırda bu torpaq sahəsi Prezident Kitabxanasının tikintisini maliyyələşdirmək məqsədilə satılır. Kimsə əldə etmək istəyirsə, buyursun”.
Gürcüstanda prezident seçkisi oktyabrın 27-də keçiriləcək. Saakaşvili iki müddətə Gürcüstan prezidenti seçilib və ölkə qanunvericiliyinə görə, növbəti seçkilərdə iştirak edə bilməz.