Xəbərlər

Yeni təyin olunmuş kənd təsərrüfatı naziri nazirliyin kollektivinə təqdim olunub
23 oktyabr, 2013 20:22

Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin Sərəncamı ilə yeni təyin olunmuş kənd təsərrüfatı naziri Heydər Əsədovu nazirliyin kollektivinə təqdim etmişdir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, Ramiz Mehdiyev Heydər Əsədovun nazir təyin olunması haqda Prezidentin Sərəncamını oxumuş, ona işlərində uğurlar arzulamışdır.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev İsmət Abasovun işlədiyi müddətdə görülmüş işləri təqdirəlayiq hesab edərək, aqrar sahənin inkişafı ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədləri bir daha diqqətə çatdırmış, öz məsləhət və tövsiyələrini vermişdir.

Təqdimat mərasimində İsmət Abasov çıxış edərək işlədiyi müddətdə Prezident İlham Əliyevin tapşırıqlarını yüksək məsuliyyətlə yerinə yetirdiyini, dövlətimizin başçısının ölkədə kənd təsərrüfatının inkişafı üçün qarşıya qoyduğu vəzifələrin bundan sonra da layiqincə yerinə yetirəcəyini və ona yenidən etimad göstərilərək Baş nazirin müavini vəzifəsinə təyin edilməsinə görə Prezident İlham Əliyevə təşəkkürünü və minnətdarlığını bildirmişdir.

Yeni təyin olunmuş kənd təsərrüfatı naziri Heydər Əsədov çıxış edərək dövlətimizin başçısının ona göstərdiyi etimada görə təşəkkürünü bildirmiş, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd etmişdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.