Xəbərlər

Biryulyevo hadisələri Dövlət Dumasının “hökumət saatında” müzakirə edilib
23 oktyabr, 2013 20:21

Moskvanın Biryulyevo rayonunda olan səs-küylü hadisələrin ardınca DİN və Federal Miqrasiya Xidmətinin (FMX) rəhbərləri Dövlət Dumasında “hökumət saatında” çıxış ediblər.

ERtv-nin “Interfax”-a istinadən verdiyi xəbərə görə, Vladimir Kolokoltsev Kondopoqa, Saqra, Puqaçyov və Biryulyevoda baş verənlərdən nazirliyin nəticə çıxarmadığı barədə bildirilən fikirlə razılaşmayıb.

Sübut olaraq, nazir Yeqor Şerbakovun “öldürülməsində şübhəli bilinən Orxan Zeynalovun tapılması və saxlanılmasını” nümunə gətirib.

Kolokoltsevin qiymətləndirməsinə görə, Biryulyevoda baş verənlər “ikili” ssenari ilə inkişaf edib: vətəndaşların öldürülən 25 yaşlı oğlanın ailəsinin halına yanması və milli ədavətin yaranması üçün qəsdən xuliqan əməllərin törədilməsi. DİN rəhbəri vurğulayıb ki, xalq toplanışı ilə millətlərarası münaqişə yaradan təxribatçıların hərəkətlərini bir-birindən ayırmaq lazımdır.

Kolokoltsev deputatlara sakinlərinin yaşadığı ərazinin hüdudlarından kənarda cinayət törədən region rəhbərliyinin üzərinə öhdəliklər qoymaq barədə düşünməyi təklif edib. “İşsizlik, regionun digər sosial problemləri onların qanun və ictimaiyyət qarşısında cavab verməsinə mane olmamalıdır”, - deyə nazir vurğulayıb.

Qeyri-qanuni miqrasiya barədə danışan DİN rəhbəri qanunvericilik çərçivəsində qastrabayterlərə onların hüquqi ünvanlarında qeydiyyatdan keçməyi qadağan etməyi təklif edib. “Təkcə Qərbi Biryulyevoda son bir neçə ay ərzində polis əməkdaşları sahiblərinin qeyri-qanuni kirayə verdiyi 2 min mənzil aşkar edib”, - deyə Kolokoltsev bildirib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.