Noyabr ayından Sumqayıt Texnologiyalar Parkında fəaliyyət göstərən zavodlarda bp şirkəti üçün plastik borular və kabel istehsal olunacaq.
ERtv xəbər verir ki, bu barədə jurnalistlərə parkın texniki mütəxəssisi Çingiz Əliyev bildirib.
Onun sözlərinə görə, zavod bunun üçün keçirilən tenderin qalibi elan olunub.
O həmçinin qeyd edib ki, STP-nin məhsulları bp-nin fəaliyyət göstərdiyi müxtəlif ölkələrdə təqdim olunacaq:
“Bundan başqa, biz neft-qaz məhsulları ilə yanaşı, tikinti materialları üçün keçirilən tenderdə də iştirak edirik”.
Sumqayıt Texnologiyalar Parkında hazırda 14 zavod fəaliyyət göstərir. bp üçün məhsul istehsal etməyi planlaşdıran Kabel zavodu və Plastik Boru Zavodu 2009-cu ilin dekabr ayından fəaliyyət göstərir.
Kabel zavodu regionun ən iri kabel istehsalçısı hesab olunur.