Xəbərlər

Bakıda dağ idman növlərinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
22 oktyabr, 2013 19:51

Bakıda “Dünyanın dağlıq regionlarında turizmin davamlı inkişafı üçün dağ idman növlərinin Qafqaz nümunəsində mühüm rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

ERtv-nin məlumatına görə, tədbir 24-25 oktyabr tarixlərində Dağçılıq və Dırmanma üzrə Beynəlxalq Federasiyasının (UIAA) təşəbbüsü, IDEA Kampaniyası, Qərb Universiteti, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası və  Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX)  birgə təşkilatçılığı ilə baş tutacaq.

Qeyd edək ki, konfrans Dağçılıq və Dırmanma üzrə Beynəlxalq Federasiyanın “Dağların Mühafizəsi Mükafatı” (“Mountain Protection Award”) proqramı çərçivəsində təşkil olunur və  bu mükafat dağ turizminin inkişafı üçün dağ ətraf mühitinin mühafizəsi üzrə konkret tədbirlərə görə verilir.

Sözügedən mükafat proqramında şirkətlərin, fiziki şəxslərin, müxtəlif assosiasiya və bələdiyyələrin iştirakı mümkündür. Qeyd edək ki, bu proqram ictimai maarifləndirmə, dağçılıq idman növlərinin təbliği, ekoturizmin inkişaf etdirilməsi və dağ ətraf mühitinin birgə mühafizəsi kimi konkret məqsədlərin həyata keçirilməsini qarşıya qoyur.

Azərbaycan tərəfindən ilk olaraq bu beynəlxalq səviyyəli prosesə Qərb Universiteti qoşularaq həmin proqram çərçivəsində UİAA-nın “Dağların Mühafizəsi Mükafatı” proqramına maliyyə dəstəyi göstərib. Bu uğurlu əməkdaşlıq bu il 4-5 oktyabr tarixlərində İsveçrədə keçirilən UİAA-nın Baş Assambleyasının iclasında və UİAA-nın illik hesabatında xüsusilə qeyd olunub.

Bakıda keçiriləcək konfransda dağ turizminin inkişaf etdirilməsi üçün səmərəli marketinq proqramlarının hazırlanması, dağ ərazilərinin davamlı inkişafının təmin olunmasında elmi dairələrin iştirakı, dağların  mühafizəsi üzrə səmərəli təcrübənin və siyasətin nəzərdən keçirilməsi, həmçinin elmi proqramlar vasitəsilə dağçı turistlərin dağların mühafizəsi  monitorinqində fəal iştirakının təmin edilməsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.

Bilavasitə UİAA-nın təşəbbüsü və intellektual dəstəyi ilə həyata keçiriləcək konfransda nüfuzlu beynəlxalq mütəxəssislər, o cümlədən UİAA-nın vitse-prezidenti Piter Farkaş, UİAA-nın Dağların Mühafizəsi üzrə Komissiyasının prezidenti xanım Linda Makmillan, UİAA-nın katibi Sofi Gerard, geologiya üzrə beynəlxalq ekspert Ronald Gallaher, eyni zamanda yerli dövlət qurumlarının, elmi tədqiqat idarələrinin, tədris müəssislərinin, vətəndaş cəmiyyətinin nümayəndələri, alimlər mövzularla bağlı çıxış edəcəklər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.