Boks üzrə Dünya Çempionatı: Elvin İsayev dörddəbir finala çıxdı
22 oktyabr, 2013 19:50
Almatıda boks üzrə Dünya Çempionatı davam edir.
ERtv-nin verdiyi xəbərə görə, 1/8 finalda 3 Azərbaycan boksçusu döyüş keçirəcək.
Elvin İsayev (60 kq) artıq öz döyüşünü keçirib və irlandiyalı Şon Makkombaya qalib gəlib. Bu gün Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) və Pərviz Bağırov (69 kq) da rinqə çıxacaq.