Xəbərlər

Turan Cavidin 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək
22 oktyabr, 2013 19:49

Oktyabrın 23-də Azərbaycanın böyük romantik şairi, görkəmli dramaturq Hüseyn Cavidin yadigarı, tanınmış ictimai xadim Turan Cavidin anadan olmasının 90 illiyinə həsr olunmuş “Turan xatirələrdə” adlı yubiley gecəsi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Gün.Az-a verilən məlumata əsasən, tədbir Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin ekspozisiyasında olacaq.

Yubiley gecəsi Turan Cavid Qadın Mərkəzi İctimai Birliyi və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Gecədə Turan Cavidin yaxınları, onunla birlikdə çalışmış insanlar, teatr xadimləri, muzey əməkdaşları, mətbuat, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, Turan Cavid 1953-cü ildən Teatr Muzeyində çalışıb. 1968-ci ildən 1990-cı ilə qədər bu müəssisənin direktoru olub. Sonralar o, ümummilli lider Heydər Əliyevin sərəncamı ilə açılan Hüseyn Cavidin Ev Muzeyinin direktoru olub. Ömrünün sonuna qədər həmin muzeyə rəhbərlik edib.

Turan Cavidin fədakar əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. O, əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. “Əmək Rəşadətinə Görə” medalı və Azərbaycan Milli Elmlər Akademiyasının fəxri fərmanı ilə təltif edilib.

Turan Cavid 2004-cü il sentyabrın 12-də ömrünün 81-ci ilində vəfat edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.