Xəbərlər

Millət vəkili: “Kəndlərdə tibbi maarifləndirmənin genişləndirilməsinə böyük ehtiyac var”
22 oktyabr, 2013 19:48

Əhalinin geniş tibbi maarifləndirilməsinə böyük ehtiyac var və bu vacib məsələlərdən biri olmalıdır.

ERtv xəbər verir ki, bu fikirləri millət vəkiliQənirə Paşayeva parlamentin bu gün keçirilən iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanununun layihəsinə dair müzakirələr zamanı deyib.

O bildirib ki, qəbul olunan qanunların mahiyyətinin sadə insanlara çatdırılmasına, maarifləndirmə işində ciddi addımların atılmasına böyük ehtiyac var. Özəlliklə sağlamlıq, tibb, səhiyyə sahəsində, çünki bu sahə hər bir insanı ciddi maraqlandırır.

Qeyd edək ki, edilən dəyişikliyə görə “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli 682-IVQD nömrəli Qanunu ilə tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə inzibati məsuliyyət nəzərdə tutulub. “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif olunan dəyişiklik məcəlləyə edilən həmin dəyişikliklərdən irəli gəlir və qeysəriyyə kəsiyi əməliyyatının tibbi əsaslarının müəyyən edilməsini nəzərdə tutur ki, bu da qeysəriyyə kəsiyi əməliyyatının qanunauyğun olub-olmamasını qiymətləndirməyə, sui-istifadə hallarının qarşısının alınmasına imkan verəcək.

Q.Paşayeva deyib ki, bu istiqamətdə, ana və yenidoğulan körpənin sağlamlıq məsələləri ilə bağlı əhalinin xüsusilə KİV vasitəsilə geniş maarifləndirilməsinə böyük ehtiyac var.

“Əhalinin tibbi maarifləndirilməsinin ciddi şəkildə genişləndirilməsi bu günümüz və gələcəyimiz üçün ən önəmli məsələlərdən biridir və bu istiqamətdə qanunvericilik sahəsində də gərəkirsə, addımlar atılmalıdır. Qadağalar  və cərimələrlə problemləri və narahatlıqları tamamilə həll etmək mümkün deyil. İnsanlara bu istiqamətdə geniş biliklərin verilməsinə və davamlı maarifləndirmə işlərinə böyük ehtiyac var. Bu işlər birlikdə görülərsə, o zaman istənilən nəticələri əldə edə bilərik. Hər bir insan ən azı özünün sağlamlığı üçün elementar tibbi biliklərə malik olmalı, bu sahədə hüquqlarını və qanunla müdafiəsini bir az da olsa, bilməlidir”.

Millət vəkili xüsusilə kəndlərdə və kənd bölgələrində tibbi maarifləndirmənin genişləndirilməsinə böyük ehtiyac olduğunu deyib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.