Bu gün Bakı metrosunda həyəcanlı anlar yaşanıb.
ERtv Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasında partlayıcı qurğu yerləşdirilməsi barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə stansiyanın giriş və çıxışında, platformada, xidməti otaqlarda, keçidlərdə, ticarət köşklərində və ətraf ərazilərdə axtarış işləri aparıblar.
Axtarışlar nəticəsində heç bir şübhəli əşya aşkar edilməyib.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı