Bakıda metronun yeni stansiyalarının tikintisi narahatlığa səbəb olmamalıdır.
Metro çəkilişi ərazinin seysmik davamlılığını xeyli artıra bilər.
ERtv xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin rəhbəriCahangir Qocayev bildirib.
Onun sözlərinə görə, metro, yol çəkilişi yerin səthinin yapışqanlığını artırır:
“Hər bir tikinti fəaliyyəti həyata keçiriləndə əvvəlcə ərazidə tədqiqat aparılır, torpaq öyrənilir. Bu hesabatlar həyata keçirilərkən həmin ərazidə seysmoloji hesablamalar da aparılır. Həmin ərazinin neçə bal sistemində zəlzələyə davamlı olması öyrənilir.
Buna görə də metro çəkilişinin seysmik davamlığa mənfi təsiri ilə bağlı şübhənin inkişaf etdirilməsinə gərək yoxdur”.