Azərbaycanın yeni müdafiə naziri Zakir Həsənova general-polkovnik hərbi rütbəsi verildi
22 oktyabr, 2013 19:41
Azərbaycan Prezidenti İlham Əliyev Zakir Həsənova general-polkovnik hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
ERtv AzərTAc-a istinadən xəbər verir ki, prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıb ki, Zakir Əsgər oğlu Həsənova general-polkovnik hərbi rütbəsi verilsin.