Bolqarıstan və Vyetnam prezidentləri İlham Əliyevi təbrik ediblər
20 oktyabr, 2013 15:50
Bolqarıstan prezidenti Rosen Plevneliev Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
ERtv.Az xəbər verir ki, İ. Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edən R. Plevneliev Bolqarıstanla Azərbaycan arasında dostluq əlaqələrinin və əməkdaşlığın davam edəcəyini vurğulayıb.
O, Azərbaycan dövlət başçısını 2014-cü ildə Bolqarıstana səfərə dəvət edib.
Vyetnam Sosialist Respublikasının prezidenti Çıonq Tan Şanq da Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb. İ. Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edən Ç. T. Şanq 2014-cü ildə onu Vyetnama rəsmi səfərə dəvət edib.