Gimnastımız Lalə Yusifova Berlində keçirilən Qran Prinin bürünc mükafatçısı olub
20 oktyabr, 2013 10:55
Berlində bədii gimnastika üzrə Qran prinin finalı keçirilir.
ERtv xəbər verir ki, azərbaycanlı gimnast Lalə Yusifova gürzlə hərəkətdə bürünc mükafatçı olub. O hakimlərdən 17,150 bal alıb və yalnız rusiyalı Darya Svatkovski (18,200) və Marqarita Mamuna (17,400) məğlub olub.
Lalə Yusifova top və lentlə hərəkətlərdə 4-cü, halqa ilə hərəkətdə isə 6-cı yeri tutub.