Xəbərlər

Tel-Əvivdə Azərbaycan günləri keçirilib
20 oktyabr, 2013 10:55

Azərbaycan-İsrail Beynəlxalq Assosasiyası (“Azİz”) tərəfindən Heydər Əliyev Fondu və Beynəlxalq Dağ Yəhudiləri STMEQİ fondunun dəstəyi ilə təşkil olunan, ötən ay Kiryat Ekronda və Netanyada start götürən “Azərbaycan Günləri” İsrailin mərkəz şəhəri olan – Tel-Əvivə keçib.

ERtv xəbər verir ki, dünən İsrailin Tel-Əviv şəhərində , "Nevу Eliezer" Mədəniyyət Sarayında Azərbaycan mədəniyyətinə və tarixinə həsr olunmuş tədbir keçirilmişdir.

İsrail-Azərbaycan "Aziz"  Beynəlxalq Təşkilatı tərəfindən təşkil olunan Mədəniyyət Günləri çərçivəsində Azərbaycan gecəsi keçirilib və bu gecə ilk öncə İsraildə bu il geniş şəkildə  qeyd edilən Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuşdur.

Təl-Əviv şəhər administrasiyası şəhər merinin müavini Arnon Qiladi, şəhərin ictimai Şuranın sədri Yelena Yufit  tərəfindən təmsil olunmuşdu.

"Təl-Əviv şəhərində Azərbaycan Günləri”-nin açılış mərasimində Azərbaycan mədəniyyət mərkəzinin direktoru, Azərbaycan-İsrail Beynəlxalq Assosasiyasının (“Azİz”) idarə heyətinin üzvü Yeganə Salman müsəlman Şərqində ilk demokratik respublika olaraq, Azərbaycan Demokratik Respublikasının tarixinə həsr olunan və bu dövlətdə yəhudilərin rolu barədə geniş məruzə ilə çıxış edib.

Eyni zamanda  Yeganə Salman bildirmişdir ki, 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpa olunması tarixi və unudulmaz hadisədir. Salman söyləmişdir: "Müstəqilliyin ilk illəri ağır olsa da, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan inkişaf yoluna çıxdı. Hazırda müstəqil dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazanır və Azərbaycan bu gün Cənubi Qafqazın ən güclü ölkəsidir".
 
Tel-Əviv şəhər merinin müavini Arnon Qiladi və şəhərin ictimai Şuranın sədri Yelena Yufit  qardaş Azərbaycan xalqını gözəl və müqəddəs Müstəqillik bayramı ilə təbrik ediblər.

Gecə “Azİz” direktorlar şurasının üzvü Şaul Siman Tovun rəhbərliyi altında təşkil olunmuş bayram konserti ilə başa çatıb. Konsertdə təkcə  Azərbaycanda deyil, geniş İsrail auditoriyasının sevgisini qazanan istedadlı müğənnilər Tomer Əliyev və Orli Abramova, "Jemçujina" rəqs ansamblı iştirak edib.

İsrailin Tel-Əviv şəhərində bu gözəl Azərbaycan baramı gecəyə qədər davam etdi  və  Tomer Əliyevin təkrarolunmaz “Azərbaycan – doğma diyarım mənim” mahnısının möhtəşəm ifası ilə başa çatıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.