Xəbərlər

FHN Sumqayıtda "Karvan" ticarət mərkəzində yanğın hadisəsinin təfərrüatlarını açıqladı
20 oktyabr, 2013 10:53

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda "Karvan" ticarət mərkəzində yanğın hadisəsinin təfərrüatlarını açıqlayıb.

ERtv nazirliyin rəsmi saytın istinadən xəbər verir ki, oktyabrın 19-u saat 19:25-də FHN-in "112" qaynar telefon xətinə Sumqayıt şəhərində "Karvan" ticarət mərkəzində yanğın olması haqqında məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri, o cümlədən, Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının və Sumqayıt Regional Mərkəzinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Yanğın nəticəsində ümumi sahəsi təxminən 35000-40000 kv.m olan ticarət kompleksinin ərazisində yerləşən 2-3 (bir hissəsi 2, digər hissəsi 3 mərtəbədən ibarət) mərtəbəli "Karvan" ticarət mərkəzinin 2-ci mərtəbəsinin yanar konstruksiyaları təxminən 20000 kv.m sahədə, 1-ci mərtəbəsinin yanar konstruksiyaları 2500 kv.m sahədə və 3-cü mərtəbəsinin yanar konstruksiyaları 1200 kv.m sahədə (ümumi təxminən 23700 kv.m) yanıb. Ticarət mərkəzinin qalan hissəsi və bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub.

Yanğın zamanı xilasedicilər yanğınsöndürənlərin xidməti işinə kömək məqsədi ilə geniş təxliyyə əməliyyatı həyata keçirib, vətəndaşlar təhlükəsiz məsafəyə uzaqlaşdırılıb. Həmçinin, xilasedicilər tüstüdən zəhərlənmiş 16 nəfər vətəndaşı hadisə yerinə cəlb olunmuş Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.

Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.