Xəbərlər

Bu ilin ötən dövründə sahibkarlara 247,2 milyon manat güzəştli kreditlər verilib
20 oktyabr, 2013 10:50

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə Qobustan rayonunun Cəyirli kəndində sahibkarlığın inkişafına dövlət dəstəyi çərçivəsində növbəti tədbir keçirilmişdir.

Tədbirdə 43 sahibkarlıq subyektinə 494,5 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşması 70-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaqdırr.
Sahibkarlarla Qobustan iqtisadiyyatının perspektivləri, mövcud potensialın reallaşdırılması istiqamətində müzakirələr aparılmış, onlara cins heyvandarlıq və intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələri və digər metodiki materiallar təqdim edilmişdir.

Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini Məharət Əkbərov, iqtisadi inkişaf nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və nazirliyin Dağlıq Şirvan regional bölməsinin müdiri Azər Qasımov çıxış edərək iştirakçılara “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində regionlarda, o cümlədən Qobustanda görülən işlər və rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə həyata keçiriləcək tədbirlər, ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi barədə ətraflı məlumat vermişlər.

Fondun şöbə müdiri Samir Hümbətov bildirmişdir ki, bu ilin ötən dövrü ərzində respublika üzrə sahibkarlıq subyektlərinə məxsus 3600-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 247,2 milyon manat güzəştli kredit ayrılmışdır. Bu layihələrin reallaşması 10 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir. Diqqətə çatdırılmışdır ki, bu müddətdə təkcə Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar 1035 investisiya layihəsinin maliyyələşdirilməsi üçün 39,1 milyon manat güzəştli kredit almışlar. Bu hesaba 4400-dən çox yeni iş yerinin açılması nəzərdə tutulur.

Tədbir çərçivəsində Qobustan rayonunda güzəştli dövlət krediti hesabına maliyyələşdirilmiş sahibkar Mirdaməd Qarayevə və sahibkar Ramiz Novruzova məxsus heyvandarlıq təsərrüfatlarına baxış keçirilmişdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.