Xəbərlər

Millət vəkili: "Hürriyet"in bu addımını müsbət qiymətləndirirəm
20 oktyabr, 2013 10:48

Hürriyet ailəsinin ötən günkü müraciətimizi qısa zamanda nəzərə alması və www.hurpass.com saytı vasitəsilə elektron abunə olmaq üçün qeydiyyat tələb olunan hissədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qaradağ bölgəsinin "Dağlıg Karabağ Cumhuriyyeti" adı altında təqdim olunmasının dayandırılması və tamamilə çıxarılmasını müsbət qiymətləndirirəm.

ERtv xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva öz facebook səhifəsində yazıb.

"Ötən gün Hüriyyətə müraciətimizdə Azərbaycanın ərazi bütövlüyünə böyük sayğısızlıq olan bu halın araşdırılmasını və bu ciddi səhvin, xətanın düzəldiləcəyini gözlədiyimizi vurğulamışdıq.

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü kimi bu kimi xoşagəlməz halın iki qardaş ölkəni bir-birinə bağlayan qırılmaz əlaqələrin ruhuna yaraşmadığını vurğulamış, Azərbaycan-Türkiyə qardaşlığına paxıllıq və qısqanclıq edən düşmənlərimizi yalnız və yalnız sevindirə biləcəyini qey etmişdik.Qardaş Türkiyə dövlətinin hər zaman ədalət və beynəlxalq hüquq prinsiplərindən çıxış edərək, Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməsi və beynəlxalq platformalarda Azərbaycanın haqq işini dəstəkləməsi, Azərbaycan xalqının da qardaş Türkiyənin bu ədalətli mövqeyini daim yüksək qiymətləndirməsi və Azərbaycanın da bütün beynəlxalq məsələlərdə öz qardaşlıq dəstəyini Türkiyədən əsirgəməməsi xüsusi vurğulanaraq bu xoşagəlməz halın təcili aradan qaldırılmasının vacibliyini qeyd etmişdik. Müraciətdə vurğulanırdı ki:

"Qeyd olunanların fövqündə ümid edirik ki, Hürriyət qəzeti Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik əlaməti olan bu məqamı təcili şəkildə aradan qaldıracaq və onun bir daha təkrarlanmasına heç vaxt yol verməyəcək". Elə bu gün "Hurpass.com" da bu hala son qoyulub. Müraciətimizə dərhal reaksiya verdikləri və ciddi xətanın təcili düzəldilməsi hər birimizi məmun etdi. İnanırıq ki, bir daha belə hallar təkrarlanmayacaq və xoş münasibətlər davam edəcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.