Milli Məclisdə Azərbaycan Prezidentinin andiçmə mərasimi keçirilir
19 oktyabr, 2013 10:47
Bu gün 9 oktyabr Azərbaycan Respublikası Prezidentliyinə seçkilərdə qələbə qazanmış İlham Əliyevin andiçmə mərasimi keçirilir.
ERtv-nin APA-a istinadən verdiyi xəbərə əsasən, mərasim parlamentin iclas zalında təşkil olunub.
Mərasimdə dövlət rəsmiləri, hökumət üzvləri və deputatlar iştirak edirlər.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinin bu gün keçirilən Plenumunda seçkinin nəticələri təsdiqlənib və seçkidə 84,54 faiz səs toplayan İlham Əliyev prezident elan edilib.