Xəbərlər

Dağıstanın Dərbənd Rayon Administrasiyasının başçısı prezident İlham Əliyevə təbrik məktubu göndərib
21 oktyabr, 2013 20:38

Dağıstan Respublikası Dərbənd Rayon Administrasiyasının başçısı Qurban Qurbanov Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

ERtv AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Çox hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu qələbə Sizin rəhbərliyinizlə həyata keçirilən uğurlu daxili və xarici siyasətin Azərbaycan xalqı tərəfindən geniş dəstəklənməsini, dövlətin və cəmiyyətin davamlı inkişafının, habelə dünya birliyində ölkənin layiqli yerinin təmin edilməsində yüksək xidmətlərinizin etiraf olunmasını bir daha nümayiş etdirdi.

Siz haqlı olaraq həm Azərbaycan Respublikasının tanınmış lideri, həm də dünya siyasətinin ən parlaq simalarından birisiniz, regionun ən mühüm problemlərinin həllində Sizin fikriniz və mövqeyiniz dəfələrlə həlledici rol oynamışdır.

Biz dağıstanlılar Sizin qələbə sevincinizə şərik çıxır, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycana sabitlik və firavanlıq arzulayırıq”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.