AFFA təmsilçisi Avropa Liqası matçına təyinat aldı
21 oktyabr, 2013 20:35
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov Avropa Liqası matçına təyinat alıb.
ERtv-nin AFFA-nın saytına istinadən verdiyi xəbərə görə, o Qazaxıstanın “Şaxtyor” və Hollandiyanın “A3 Alkmaar” komandaları arasındakı oyunda matç direktoru olacaq.
Oyun oktyabrın 24-də Astanada baş tutacaq.