Xəbərlər

Böyük Azərbaycan şairi Xəlil Rza Ulutürkün doğum günüdür
21 oktyabr, 2013 20:31

Bu gün xalq şairi Xəlil Rza Ulutürkün doğum günüdür.

ERtv xəbər verir ki, Xəlil Rza Ulutürk 1932-ci il oktyabrın 21-də Salyan rayonunun Pirəbbə kəndində anadan olub.

2 saylı Salyan şəhər orta məktəbində təhsil alıb.

Şairin ilk mətbu şeiri “Kitab” 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində dərc olunub.

Xəlil Rza Ulutürk 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub.

1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalı redaksiyasında başlayıb.

O burada ədəbi işçi vəzifəsində çalışdığı iki ildə (1955-1957) dövri mətbuatda çap etdirdiyi məqalə və şeirlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb edib. 1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar İttifaqının üzvü seçilib. Onun ilk şeirlər toplusu – “Bahar gəlir” (1957) kitabı da nəşr olunub.

1959-cu ildə Xəlil Rza Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. O, 1963-cü ildə “Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)” mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə edib. Filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.

1984-cü ildə şairin “Ömürdən uzun gecələr” adlı kitabı nəşr edilib.

Şair 1994-cü il iyunun 22-də vəfat edib. Xəlil Rza Ulutürk Fəxri xiyabanda dəfn olunub. Onun məzarı üstündə şairin əzəmətli heykəli yüksəldilib.

Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif edilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.