Narkotik daşıyan pişik saxlanıldı
21 oktyabr, 2013 20:25
Pişik qadağan edilmiş narkotik maddələri məhbuslar üçün aparırmış.
ERtv-nin gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, hadisə Moldovada baş verib. Həbsxanaların birində ələ keçən pişiyin orada saxlanılan məhbuslar üçün qadağan olunmuş narkotik vasitələr daşıdığı məlum olub.
Narkotik maddə bu erkək pişiyin boynuna taxılan xaltada gizlədilibmiş. Pişiyin sahibi bu yolla “içəri” narkotik ötürürmüş.