Xəbərlər

Şotlandiyaya dovşan hücumu: ada xarabazara çevrilib
21 oktyabr, 2013 20:20

Dovşanlar Şotlandiyanın şimal-qərb sahilinin 40 kilometrliyində yerləşən Kanna adasının sakinləri üçün təhlükə mənbəyinə çevrilməyə başlayıb.

ERtv xarici mətbuata istinadən xəbər verir ki, minlərlə heyvan törəyərək bütün ada ərazisinə yayılır və qarşılarına çıxan bütün bitkiləri yeyirlər.

“The Times” yazır ki, dovşanlar eyni zamanda istənilən yerdən yuva qazır, xüsusilə də, onlar qəbirləri eşir və sümükləri bayıra çıxarırlar.

Qazıntılardan binaların və arxeoloji abidələrin bünövrəsi zərər çəkir. Adanın yeganə birzolaqlı yolu çoxsaylı yuva qazmaları nəticəsində baş verən sürüşmə səbəbindən üç gün bağlı qalıb.

Bu gün Kanna adasında cəmi 12 nəfər adam və 16 mindən çox dovşan yaşayır. Hakimiyyət onların kütləvi şəkildə məhvi barədə qərar qəbul edib və hazırda dovşanların qazla zəhərlədilməsi üçün hazırlıq işləri görülür.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.