Xəbərlər

Vergilər Nazirliyi 5 yeni elektron xidmət göstərməyə başlayıb
21 oktyabr, 2013 20:18

Vergilər Nazirliyi tərəfindən daha 5 yeni elektron xidmətin göstərilməsinə başlanılıb.

Nazirlikdən ERtv-yə verilən məlumata görə, bununla əlaqədar müvafiq inzibati reqlament layihələri hazırlanaraq, elektron xidmətlər reyestrinin operatoru funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılıb.

Nazirlik tərəfindən  “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatdan çıxarılması”, “Hüquqi şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi”, “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi”,  “Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının onlayn dəyişdirilməsi”, “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçot məlumatlarının onlayn dəyişdirilməsi” üzrə elektron xidmətlərin göstərilməsinə başlanılıb.

Təqdim olunan xidmətlərin məzmunu vergi ödəyicisi qismində qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin, qeyri-kommersiya hüquqi şəxslərin, Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq vergi uçotuna alınmış hüquqi şəxslərin filiallarının və bölmələrinin,  eləcə də fiziki şəxslərin uçot məlumatlarının elektron  qaydada dəyişdirilməsini, həmçinin vergi ödəyicilərinin təsərrüfat subyeklərinin  (obyektlərinin) elektron qaydada qeydiyyatdan çıxarılmasını əhatə edir.

Qeyd edək ki, Azərbaycan Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının icrasını təmin etmək məqsədilə Vergilər Nazirliyi tərəfindən göstərilməsi nəzərdə tutulan  57 elektron xidmətdən 2012-ci ildən istifadəyə verilmiş 46 növü üzrə inzibati reqlamentlər “Hüquqi Aktların Dövlət Reyestrin”də elektron variantda dərc edilib.

Elektron xidmətlərin istifadəçiləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış hüquqi və fiziki şəxslərdir.  Xidmət interaktiv qaydada ödənişsiz həyata keçirilir və  http://www.e-taxes.gov.az/, http://www.e-gov.az  ünvanlarında istifadəçilərə təqdim olunur. Təqdim olunan yeni xidmətlər barədə ətraflı məlumatı https://www.e-taxes.gov.az/dispatcher?menu=ekarg&submenu=2&nav=ekarg və [email protected]  elektron ünvanından, nazirliyin vergi ödəyicilərinə xidmət mərkəzlərindən və 195 Çağrı Mərkəzindən əldə edə bilərlər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.