Bakı metrosunda qatarda texniki nasazlıq yaranıb
19 oktyabr, 2013 21:49
Bakı Metrosunun “Elmlər Akademiyası” stansiyasında qatarda texniki nasazlıq yaranıb.
ERtv APA-ya istinadən xəbər verir ki, saat 17: 00 radələrində qatarda texniki nasazlıq səbəbindən tüstülənmə müşahidə olunub. Sərnişinlər qatardan çıxarılıb, qatar depoya yola salınıb.
Metropolitendən stansiyada yanğın olması barədə yayılan məlumatların həqiqətə uyğun olmadığı da bildirilib: “Bu, sadəcə texniki nasazlıqdır. Yəni yanğın yox, tüstülənmə olub”.