Tunis prezidentini polislərin dəfn mərasimindən qovdular
19 oktyabr, 2013 21:48
Tunis prezidenti Monsef Marzuki və baş nazir Əli Larayed polislərin dəfn mərasimindən qovulublar.
ERtv-nin Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə “France-Presse” agentliyinin əməkdaşı məlumat verib.
Mərasim hərbi kazarmada keçirilib. Həlak olan iki polisin həmkarları və onların qohumları siyasətçilərin iştirakına imkan verməyəcəklərini qışqırıblar. Eləcə də onlar polisləri terrorçulardan qoruyan qanunların qəbul olunmasını tələb ediblər.
Nəticədə Marzuki, Larayed və eləcə də parlamentin spikeri Mustafa ben Cəfər mərasimdə 20 dəqiqə vaxt keçirərək, hazırlanan nitqlərini demədən gediblər.