Oktyabrın 18-də “Şengen” zonasında olma müddəti barədə yeni qaydalar qüvvəyə minib.
ERtv-nin Euromag.ru-ya istinadən verdiyi xəbərə görə, bu qaydalar “Şengen” ölkələrinə tez-tez səfər edən səyahətçilərə aiddir.
Yeni qaydalara görə, müvafiq “Şengen” zonasında son 6 ay ərzində 90 gündən çox qalmaq olmaz.
Bu, o deməkdir ki, vizaların, səfərlərin və istiqamətlərin sayından asılı olmayaraq, son yarım il ərzində “Şengen” zonasında keçirilmiş vaxt hesaba alınacaq.
Əvvəllər, bu qayda insanlara daha uzun müddət “Şengen” zonasında qalmağa imkan verirdi. Məsələn, ilk yarım illiyin 90 gününü “Şengen” zonasında keçirib, ardınca yenidən ikinci yarım illiyin 90 gününü orada keçirmək olardı. Bu isə ümumi olaraq, səyahətçiyə “Şengen” zonasında 180 gün qalmaq imkanı yaradırdı.