Xəbərlər

Prezidentin mətbuat katibi inauqurasiya mərasiminə xarici qonaqların dəvət olunmamasına aydınlıq gətirdi
19 oktyabr, 2013 21:43

“Azərbaycan Respublikasının Prezidentinin inauqurasiya mərasimi ölkəmizin daxili tədbiridir.

Ümumiyyətlə bu tədbirə xarici qonaqların dəvət olunması bizdə təcrübədə yoxdur. Elə buna görə də bugünkü inauqurasiya mərasiminə də xarici ölkələrdən hər hansı qonaq dəvət olunmamışdı”.

ERtv APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov dövlət başçısının bugünkü inauqurasiya mərasimində xarici ölkələrdən qonaqlar iştirak etməməsi, ümumiyyətlə andiçmə mərasiminin sadə şəkildə təşkil olunması barədə suala cavabında deyib.

A. Qasımov vurğulayıb ki, Prezident İlham Əliyev dövlət səviyyəsində olan tədbirlərin və digər mərasimlərin həmişə işgüzar şəraitdə, təvazökar qaydada keçirilməsinin tərəfdarı olub: “Öz çıxış və bəyanatlarında dəfələrlə dövlət məmurlarının qarşısında müxtəlif tədbirlərin, o cümlədən ad günlərinin, yubileylərin və digər mərasimlərin təmtəraqdan, dəbdəbən uzaq, təvazökar və sadə şəkildə keçirilməsi tələbini qoyub. Dövlət başçısının daim sadə insanlarla təmasları, bölgələrə səfərləri zamanı sadə vətəndaşların qayğı və problemləri ilə yerindəcə tanış olması və digər faktlar Azərbaycan Respublikası Prezidentinin şəxsi timsalında sadəlik və təvazökarlıq nümunəsidir.

Prezident İlham Əliyevin öz 50 illik yubileyi günü Ağcabədidə məcburi köçkünlərin yanında olması, ötən ilki ad günündə Sumqayıtda şəhid ailələri və müharibə əlilləri ilə görüşməsi faktları da bu sıradandır. Belə misalları çox gətirmək olar. Bugünkü inauqurasiya mərasiminin də sadə və təvazökar qaydada təşkil olunması bu fikirləri bir daha təsdiqləyir”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.