Azərbaycan döyüşçüləri dünya çempionu oldular
18 oktyabr, 2013 20:36
Rusiyanın Medın şəhərində 18-20 yaş arası gənclər arasında universal döyüş üzrə Dünya Çempionatı keçirilib.
ERtv-nin verdiyi xəbərə görə, eyni zamanda Azərbaycan idmançıları turnirdə 3 qızıl medal qazanıb.
Rəksanə Məmmədova (48 kq) layt kateqoriyasında və klassik döyüşdə birinci olub. Eləcə də, Asim Əliyev (60 kq) layt kateqoriyasında qızıl medal qazanıb. Ümumi komanda hesabında Azərbaycan yığması Rusiyadan geri qalaraq, ikinci yeri tutub.