Xəbərlər

İsraildə Azərbaycanın Müstəqillik günü qeyd olundu
18 oktyabr, 2013 20:34

Oktyabrda İsrailin müxtəlif şəhərlərində “Azərbaycan günləri” böyük uğurla keçirilib və təkcə SSRİ-MBD-dən çıxanların yox, İsrailin köklü sakinlərinin də böyük marağına səbəb olub.

Ölkənin vacib şəhərlərindən biri - “İsrail vadisinin paytaxtı”olan Afulada da “Azərbaycan günləri” keçirilib.

Bu barədə Azİzin mətbuat xidməti xəbər verir. Yüzlərlə iştirakçı şəhərin Mədəniyyət sarayına toplaşaraq bayram tədbirinə qatılıblar.

Belə ki, onlar 18 Oktyabr Azərbaycanın Müstəqillik Gününün 22-ci ilinin qeyd edilməsi ilə bağlı bayram tədbirində iştirak ediblər.

Fəxri qonaqlar arasında xarici işlər və müdafiə üzrə parlament Komissiyasının sədri, “Bizim Evimiz – İsrail” Partiyasının lideri Aviqdor Libermanın və digər bir çox görkəmli israilli politoloqların gələcəyi gözlənilsə də, sonradan məlum olub ki, parlamentin deputatları tədbirə üzrlü səbəbdən qatıla bilməzlər, çünki Afulada konsert Knessetin qış sessiyasının açılışı ilə eyni vaxta düşüb.

Buna baxmayaraq, Aviqdor Liberman iştirakçılara videomüraciət etməyə imkan tapıb. O, Azərbaycanın dünya siyasətində artan rolundan və İsrail-Azərbaycan münasibətlərinin inkişafının olduqca vacib olmasından danışıb.

Mədəniyyət sarayının foyesində Azərbaycandan çıxmış rəssamların rəsm əsərlərindən ibarət sərgi də olub. Bu əsərlər Azərbaycanın gözəl təbiətinə və şəhər peyzajlarına həsr edilib. Həmçinin orada ənənəvi Şərq şirniyyatının dequstasiyası da təşkil olunub.

Bayram konsertinin təşkilatçısı olan Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası proqramı elə tərtib edib ki, artistlərin çıxışı Azərbaycanın bugünklü günü və tarixi ilə bağlı çıxışlarla, həmçinin Aviqdor Libermanın videomüraciəti, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salmanın bütün Azərbaycandan çıxan insanların adından Prezident İlham Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrikinə həsr edilmiş çıxışı ilə növbələnsin.

Bayram konsertinin iştirakçıları qarşısında Pnina Yaskovanın rəhbərliyi alt;nda “Jemçujina” qafqaz rəqs ansamblı, İsrail operasının doğan günəşi olan Məryam Hajıyeva, İsraildə yaşayan və Azərbaycan kökənli olan  Liora Safanova, Manuel İsakov, Hava Dolev, Fərid Aloni, Tomer Əliyev gözəl və hər bir Azerbaycan inasanının ürüəyinə xoş olan Azərbaycan mahnıları ifa etdilər.

Azərbaycanın Müstəqillik gününə xüsusi olaraq gələn Azərbaycanın əməkdar artisiti Ədalət Şükürov zalda olan insanlar tərəfindən qulaqbatırıcı alqışlarla qarşılandı.

“Zalın reaksiyasından görünür ki, biz Azərbaycan musiqisini və mədəniyyətini İsrail dövlətinə tanıtdırmağı bacardıq”- AZİZ baş direktoru Lev Spivak bildirib.

Spivak qeyd etdi ki Azərbaycanın Müstəqillik gününə və gözəl Azərbaycan bayramının İsraildə keçirilməsinə həsr olunmuş konsertin təşkilatçılığında Heydər Əliyev Fonduna, STMEQİ Dağ Yəhudilərin Beynəlxalq Fonduna, Afula meriyasında öz dərin minnətdarlığımızı bildirmək istərdik.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.