Lənkəranda motosiklet yük maşını ilə toqquşub: ölən var
18 oktyabr, 2013 20:32
Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə ERtv-nin bölgə müxbiri Lənkəran Şəhər-Rayon Polis Şöbəsinəistinadən xəbər verir.
Məlumata görə qəza hadisəsi Lənkəran-Boradigah şossesinin Separadi kəndindən keçən hissəsində qeydə alınıb.
Lənkəranın Tükəvilə kənd sakini, 45 yaşlı Seyran Aslan oğlu Mirzəyevin idarə etdiyi motosikletlə rayonun Cil kənd sakini, 23 yaşlı Ramiz Tahir oğlu Tağızadənin idarə etdiyi “KamAZ” markalı yük avtomobili toqquşub.
Güclü zərbənin təsirindən motosikletin sürücü hadisə yerində keçinib.
Hadisənin baş vermə səbəbi aparılan avtotexniki ekspertizanın nəticəsindən sonra məlum olacaq
Faktla bağlı araşdırmalara başlanıb.