Təhsil naziri Gürcüstan, Belçika və Koreyanın səfirləri ilə görüşüb
18 oktyabr, 2013 20:31
Təhsil naziri Mikayıl Cabbarov Gürcüstanın, Belçikanın və Koreya Respublikasının ölkəmizdəki səfirləri ilə ikitərəfli görüşlər keçirib.
Bu barədə ERtv-yə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, Gürcüstanın səfiri Teymuraz Şaraşenidze, Belçika Krallığının səfiri xanım Karen Petit və Koreya Respublikasının səfiri Çoi Suk-İn ilə keçirilmiş ikitərəfli görüşlər zamanı ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Bundan başqa görüşlər zamanı tələbə mübadiləsi, ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri də müzakirə edilib.