Xəbərlər

Bu ilin ötən dövründə sahibkarlara 247,2 milyon manat güzəştli kredit verilib
18 oktyabr, 2013 20:17

Qobustan rayonunun Cəyirli kəndində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda keçirilən növbəti tədbir çərçivəsində 43 sahibkarlıq subyektinə 494.5 min manat güzəştli kredit verilib.

ERtv-nin İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna istinadən verdiyi xəbərə görə, bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşması 70-dən çox yeni iş yerinin açılmasına imkan verir.

Tədbirdə iştirak edən Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov bildirib ki, bu ilin ötən dövrü ərzində Fond tərəfindən respublika üzrə sahibkarlıq subyektlərinin 3600-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 247.2 mln. manat güzəştli kredit verilib.

“Bu layihələrin reallaşması 10 mindən çox iş yerinin yaradılmasına imkan verir. İndiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1035 investisiya layihəsinin maliyyələşdirilməsinə 39.1 milyon manat güzəştli kredit verilib. Bu kreditlər 4400-dən çox yeni iş yerinin yaradılmasına imkan verir”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.