Xəbərlər

ATƏT DTİHB-in seçki müşahidə missiyasının rəhbəri Məzahir Pənahovla görüşüb
17 oktyabr, 2013 22:23

Bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri Tana de Zuluetanın rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

ERtv Trend-ə istinadən xəbər verir ki, görüşdə MSK sədri ATƏT/DTİHB-nin prezident seçkiləri ilə bağlı hesabatlarının obyektivlikdən uzaq olduğunu bildirib.

O, bununla bağlı bir sıra faktları missiya təmsilçilərinin diqqətinə çatdırıb:

"Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmiş çoxsaylı nüfuzlu beynəlxalq təşkilatların mövqeyindən kəskin şəkildə fərqlənən hesabatı qəbul etməklə ATƏT/DTİHB özünü təcrid vəziyyətinə salıb. Seçki müşahidə missiyasının prezident seçkilərinin müşahidəsinə dair ilkin hesabatı çoxsaylı müşahidəçilərin real müşahidələrinə və faktlara əsaslanan mövqelərinə tamamilə zidd olub və beləliklə, həqiqəti açıq-aşkar təhrif etməyə xidmət göstərən aralıq hesabatlardakı qərəzli yanaşma davam etdirilib.

Hesabat tərtib edilən zaman Seçki Məcəlləsi daxil olmaqla ölkə qanunvericiliyi aşkar şəkildə təhrif olunub, prezident seçkilərinin müxtəlif mərhələləri qiymətləndirilərkən əksər hallarda heç bir fakta istinad olunmayıb, yalnız ehtimallar və ya maraqlı tərəflərin iddiaları əsas götürülüb, sadə balansalaşdırma prinsipi belə gözlənilməyib".

M.Pənahov fikirlərini sözügedən hesabatlardan konkret misallar gətirməklə əsaslandırıb, hesabatlarda ciddi hüquqi yanlışlıqlara yol verildiyini bildirib və hesabatlar tərtib olunarkən hansı faktlara istinad etdiklərini açıqlamalarını xahiş edib:

"Mərkəzi Seçki Komissiyası demokratik dəyərləri öz fəaliyyətində rəhbər tutan beynəlxalq təşkilatlarla qarşılıqlı konstruktiv əməkdaşlığı hər zaman yüksək qiymətləndirməsinə baxmayaraq, ATƏT/DTİHB-nin Azərbaycanda keçirilən seçkilərə bir qayda olaraq qərəzli mövqe nümayiş etdirməsi MSK-nı bu qurumla gələcək əməkdaşlıq məsələsinə yenidən baxılması üçün Azərbaycan hökumətinə müraciət etmək məcburiyyəti qarşısında qoyub".

Missiya rəhbərliyi sualları konkret cavablandırmayıb, hesabatda qeyd olunanlarla bağlı ümümi fikir ifadə etməklə kifayətlənib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.