Azərbaycan yığması Rusiya ilə heç-heçə etdi
16 oktyabr, 2013 19:50
Braziliyada 2014-cü ildə keçiriləcək Dünya Çempionatının təsnifat mərhələsinin son turunda Azərbaycan yığması Rusiya millisi ilə qarşılaşdı.
ERtv xəbər verir ki, oyun 1:1 hesabı ilə başa çatdı.
Hesabı görüşün 16-cı dəqiqəsində Roman Şirokov açsa da, Vaqif Cavadov 90-cı dəqiqədə bərabərlik gətirən qolu Rusiya yığmasının qapısından keçirib.
Beləliklə Azərbaycan yığması 9 xal toplayaraq, qrup yarışlarını 4-cü yerdə bitirib.