17- 19 oktyabr tarixlərində Azərbaycanda ikinci “Qum Heykəltəraşlığı və Qraffiti üzrə açıq Festival” keçiriləcəkdir.
ERtv xəbər verir ki, festivalın açılışı 17 oktyabr saat 15.00-da şıx qəsəbəsində “Dostluq” istirahət mərkəzində keçiriləcək.
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə ikinci dəfə keçirilən layihənin məqsədi Azərbaycanda bu sahə üzrə təhsil alan xarici tələbələrin və Azərbaycan incəsənətinin, heykəltəraşlığının və yenicə başlanan qraffiti sənətinin inkişafına təkan vermək, gənc istedadlı rəssamların və heykəltəraşların tapılıb üzə çıxarılması və onların tanıtımına təkan verərək digər tanınmış rəssam və yarıdıcı insanlarla, o cümlədən profesional heykəltəraş və rəssamalrı ilə əlaqələririnin yaradılması və möhkəmlənməsidir.
Onu da qeyd edək ki , ikinci fetivalda Rusiyadan, İrandan və Türkiyədən olan və Azərbaycanda təhsil alan gənclərdə cəlb olunmuşlar.
Layihə 3 gün müddətinədə Bakı şəhərində, “Dostluq” istirahət mərkəzində həyata keçiriləcəkdir. Festivalda 3 gün ərzində qumdan heykəllər hazırlanacaq. Eyni zamanda festivalın ikincin hissəsi kimi graffiti üzrə müsabiqəyə başlanılacaq. Heykəltəraşlar və qrafitistlər 3 gün müddətində müəyyən edilmiş ərazidə müəyyən vaxt çərçivəsində işləyəcəklər. 3-cü, sonuncu gün isə hər iki nominasiya üzrə festival qalibləri müəyyən olunacaq.
Festival sona çatdıqdan sonra iştirakçılara sertifikatlar, qaliblərə mükafatlar təqdim olunacaq, tədbir nəticələrindən ibarət buklet və qısamaetrajlı film hazırlanacaq və layihə bitmiş hesab olunacaq.
Layihə rəhbəri Azərbaycan Prezidenti Yanında Gənclər Fondunun 3-cü Qrant müsabiqəsinin qalibi olmuş İsmayıl İsmaılovdur.