Xəbərlər

Millət vəkili evləri ermənilər tərəfindən atəşə tutulan ailəyə baş çəkib
16 oktyabr, 2013 19:47

Millət vəkili Qənirə Paşayeva Tovuzun Yuxarı Öysüzlü kəndində Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulan Rasim Qarayevin evini, ailəsini ziyarət edib.

ERtv  xəbər verir ki, atəş nəticəsində evin divarlarında qəlpələrdən yaranan deşikləri göstərən ailə üzvləri millət  vəkilinə  hadisə  barədə  məlumat  verərək  bildiriblər ki, xoşbəxtlikdən  evin  atəşə tutulan ön  həyət hissəsində oynayan uşaqlar atəşdən cəmi bir neçə dəqiqə əvvəl ordan gediblər və  həmin  zaman evin həyətə baxan tərəfində heç kəs olmayıb.

Yoxsa böyük faciələr yaşaya bilərmiş.  Ermənistanın müqəddəs Qurban bayramı günlərində belə hərəkətlərini vandalizm adlandıran ev sahiblər onların hər zaman dinc kənd sakinlərinə snayper və müxtəlif silah növlərindən atəş açaraq zərər yetirməsi, özəlliklə bayram günlərində belə addım atmalarını insanlıqdan kənar addım adlandırıblar.  Ailə ilə geniş söhbət edən millət vəkili Qənirə Paşayeva bildirib ki, bu bir daha onu göstərir ki Ermənistan və ermənilər insanlıqdan kənar əməllərinə, vandalizm aktlarına heç bir zaman son qoymayacaqlar:  

“Allaha çox şükür ki, həmin vaxt evin ön hissəsində kimsə olmadığı üçün  xəsarət  alan olmayıb. Bu kimi hadisələr Ermənistanın iç üzünü bir daha göstərir. Sivil insanları, uşaqları, qadınları, sadə insanların evlərini, həyətlərini atəşə tutmaq onların xislətlərinin ən bariz nümunəsidir və çox təssüf ki, dünya ictimaiyyəti onların bu cür insanlıqdan kənar addımlarına gərəklə reaksiya verib, ciddi  etiraz  bildirmirlər.  ATƏT  bu cür ciddi hadisələrlə məşğul olsa daha yaxşı olardı.  

Amma təssüf  ki  biz  bunu görmürük deyən millət vəkili ATƏT-in Minsk qrupu da daxil olmaqla beynəlxalq təşkilatların  Ermənistanı bu cür əməllərdən  çəkindirmək  üçün  rəsmi  İrəvana  təzyiqlər göstərmədiyi deyib. Millət vəkili Qənirə Paşayeva təmsil olunduğu Avropa  Şurası  Parlament  Assambleyası da daxil olmaqla bu məsələni,  Ermənistanın bu növbəti vandalizm aktının bir daha beynəlxalq təşkilatların diqqətinə  çatdırılacağını  və Ermənistandan dinc insanlara qarşı bu cür əməllərə son qoyulmasını tələb edən müvafiq sənədin qəbul edilməsinin, addımlar atılmasının vacibliyinin  bir daha beynəlxalq qurumlarda tələb ediləcəyini deyib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.