Filippində zəlzələdən ölənlərin sayı 150-yə çatır
16 oktyabr, 2013 19:44
Filippinin mərkəzi hissəsində baş vermiş ən güclü zəlzələ nəticəsində ölənlərin sayı 150-yə yaxınlaşır.
ERtv RİA Novosti-yə istinadən xəbər verir ki, axtarış-xilasetmə dəstələri Bohol adasının zəlzələdən ən çox ziyan görmüş ərazilərinin dərinliklərinə irəlilədikcə qeydə alınan ölüm hallarının sayı artır.
Bohol vilayət polisinin operativ idarə rəisi Karl Con Leqaspinin sözlərinə görə, təkcə bu adada zəlzələdən dünyasını dəyişənlərin sayı 127 nəfərdir, daha 22 nəfər isə itkin düşüb.
Mülki müdafiə milli idarəsi bəya edib ki, ölkənin bütün mərkəzi rayonlarında 142 nəfər ölüb. Qeyd edək ki, dünən Filippinin mərkəzi hissəsində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ Bohol vilayətində Karmen şəhərindən cənubda qeydə alınıb.