Xəbərlər

Elşən Musayev: “Xəstəxana adlandırdığı qurumda Qrossun nə iti azıb?”
16 oktyabr, 2013 19:43

“Bu insanın Azərbaycandakı mövcud siyasi hakimiyyətlə bağlı mövqeyi bəllidir.

Həm də ta öncədən.  Və ya, özünü demokratiya carçısı, qaranquşu adlandıran Andreas Qross uzun illərdir bizimlə bağlı söylədiyi fikirlərdə, sərgilədiyi fəaliyyətdə siyasi etiket, diplomatik protokol qaydalarını , eyni zamanda obyektiv mülahizə tonunu və  təyinatının gərəkdirdiyi çərçivəni aşaraq bir diplomata yaraşmayan tərzdə açıq aqressiya və siyasi hikkə nümayiş etdirib ".

ERtv xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev Avropa Şurası Parlament Assambleyasının üzvü, eyni zamanda bu qurumun Azərbaycan üzrə keçmiş həmməruzəçi olmuş Andreas Qrossun  ölkəmizdə keçirilən son Prezident  seçkiləri  ilə bağlı söylədiyi fikirlərə münasibət olaraq bildirib.

“Həm də diqqət edin: Ölkədə bir azca həssas durum olan kimi adam ressidiv formada hardansa zühur edir. Bir baxırsan ki, heç gözləmədik  anda səsi Şəkidən, Şamaxıdan, Gədəbəydən gəlir. Yeyib-içib, gəzib-dolanıb, ardınca da öz mənasız qeydlərini aparıb ölkəni tərk etməsindən ikicə gün keçməmiş  Cənubi Afrikadan”Azadlıq”radiosuna müsahibə verir, hakimiyyətin əleyhinə döşüyür, od püskürür. Bildiyini də bilmədiyni də danışır.

Kənardan nəzər yetiirən dəqiqləşdirə bilməz ki, bu adam Əli Kərimlinin mirzəsidir, İsa Qəmbərin müşaviridir, yoxsa “nə mənə” bir şeydir? Hətta hərdən Qross mənə Rüstəm İbrahimbəyovu belə xatırladır: qaçıb kənardan üstümüzə xoruzlanan İbrahimbəyovu. Amma olsun! Bu iqtidar özündə hər tip adama, nümunəyə qarşı immunitet formalaşdırıb artıq. Və həmin immunitet qarşısına çıxan bütün ünsürləri, mikrobları anındaca ləğv etmək və ya siyasi ridumentə çevirmək gücündədir. Hətta ortalıqda president də var: Məsələn: Qross əvvəl Avropa Şurası kimi təşkilatın Azərbaycan üzrə sözcüsü idi, indi Gədəbəydə baş girləməyə yollayıblar, yəqin növbəti seçkilərdə də Qəbələnin “Mıxlı-qovaq”kəndinə fındıq-filan yığmağa təhkim edərlər.

Və ya diplomatik deqrodasiyanın başqa adı olmur ki…

Nəhayət, son olaraq bir məsələyə də toxunum. Qross deyir ki, Avropa Şurası ağır xəstələrin cəm olduğu bir qurumdur. Azərbayan isə reanimasiya şöbəsində yatır. O zaman çox maraqlıdır, bu adamın özünün həmin xəstəxanada nə iti azıb? Və ya adamda siyasi mazoxizm əlamətləri - filanmı baş qaldırıb ki, durmadan onların təəssübünü çəkir, tapşırıqlarını yerinə yetirir? Əgər belədirsə, gedib özünə iş-guc tapsın da. Günün 24 saatını Azərbaycan haqqında danos yazmağa həsr etmək iş deyil axı…”- `deyə politoloq fikirlərinə davam edib.   

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.