Xəbərlər

Rəbiyyət Aslanova: "Azərbaycan terrorizmə qarşı mübarizədə ən fəal iştirakçılardan biridir"
16 oktyabr, 2013 19:42

ATƏT Parlament Assambleyasının (PA) Monteneqronun Budva şəhərində keçirilən payız sessiyasının növbəti plenar iclasında ATƏT məkanında terrorçuluqla mübarizə, transmilli təhlükələr və insan hüquqlarının qorunması, Suriyada baş verən hadisələr, iqtisadi böhran zamanı iqtisadiyyatın təhlükəsizliyinin səmərəli şəkildə təmin edilməsi kimi məsələlər müzakirə edilib.

ERtv xəbər verir ki,  müzakirələr zamanı Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri Rəbiyyət Aslanova və Azay Quliyev də çıxış ediblər.

Terrorçuluqla beynəlxalq səviyyədə mübarizənin vacibliyinə toxunan R. Aslanova Azərbaycanın da bu sahədə beynəlxalq koalisiyada iştirakını assambleya iştirakçılarının nəzərinə çatdırıb.
 
Sözügedən məsələ ilə bağlı mətbuata açıqlamasında  R.Aslanova  deyib ki, o, öz çıxışında beynəlxalq terrorçuluğun strukturunda baş verən dəyişikliklərə toxunub və bu təhlükənin gündən-günə geniş vüsət almasını iştirakçıların diqqətinə çatdırıb.

Onun sözlərinə görə,  ən qorxulu cəhət odur ki, bu sahəyə güclü maliyyə axını və insan resursları cəlb olunur, ekstremist qruplarla kriminal strukturların birləşməsi gedir, bu da nəticə etibarilə yalnız kiçik deyil, böyük regionlarda da dövlət çevrilişlərinə gətirib çıxaran bir hala səbəb olur.

Millət vəkili mətbuata açıqlamasında həmçinin bildirib ki,  terrorizmlə mübarizə konkret olaraq hansısa bir dövlətin üzərinə düşən vəzifə deyil, bu böyük, qlobal sosial-siyasi problemlə təkbaşına mübarizə aparmaq mümkün deyil.

"Yalnız dövlətlərin birgə əməkdaşlığı və hər bir ölkənin öz siyasi iradəsini ortaya qoyması ilə bunu aradan qaldırmaq olar. Mən öz çıxışımda Azərbaycanın bu sahədəki mübarizəsindən də danışdım və bizim ölkənin terrorizmlə mübarizə sahəsində beynəlxalq antiterror koalisiyasına qoşulmuş ilk dövlətlərdən olduğunu qeyd etdim.

Azərbaycan terrorizmə qarşı mübarizədə ən fəal iştirakçılardan biridir. Bu baxımdan həm Azərbaycanın bu sahədəki təcrübəsinin, eləcə də beynəlxalq əməkdaşlığın yeni yollarının və metodlarının araşdırılmasının nə qədər vacib olduğunu bildirdim”-deyə, R.Aslanova mətbuata açıqlamasında sözlərinə əlavə edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.