Xəbərlər

Heydər Əliyev Mərkəzində təqdim olunacaq “Əbədi sevgi” konserti və “Sibir” operasının video çarxı yayımlandı
15 oktyabr, 2013 16:14

Bakıda ilk dəfə Heydər Əliyev Mərkəzində təqdim olunacaq “Əbədi sevgi” qala konserti və “Sibir” operasının video çarxı yayımlanıb.

Xatırladaq ki, noyabrın 2-də Heydər Əliyev Mərkəzində Rusiyanın Xalq Artisti Dmitri Bertmanın quruluşunda “Əbədi sevgi” qala konserti, noyabrın 3-də isə italyan bəstəkarı Umberto Cordanonun (Umberto Giordano) rus həyatından bəhs edən “Sibir” operası tamaşaçılara təqdim ediləcək.

Heydər Əliyev Mərkəzinin Auditorim zalında möhtəşəm “Əbədi sevgi” layihəsi çərçivəsində 1960-cı illərin romantik hitləri, müxtəlif nəsillərin sevə-sevə dinlədiyi lirik musiqilər səslənəcək.  Əfsanəvi “Bitlz” (The Beatles) qrupunun, Merilin Manro (Marilyn Monroe), Tina Törner (Tina Turner), Demis Russos (Demis Roussos), Adriano Çelentano (Adriano Celentano), Elton Con (Elton John), Selin Dion (Celine Dion), Uitni Hyuston (Whitney Houston) və digər dünya ulduzlarının repertuarından məşhur mahnıların daxil olduğu qala konsert tamaşaçılara unudulmaz anlar vəd edir.

Noyabrın 3-də isə italyan bəstəkarı Umberto Cordanonun rus həyatından bəhs edən “Sibir” operasında iki gəncin sevgi hekayəsinin şahidi olacaqsınız. Quruluşçu rejissor Dmitri Bertmanın səhnələşdirdiyi “Sibir” operası  təmtəraqlı çar Peterburqunda başlayıb, katorqada faciəvi sonluqla bitən sevgi hekayəsindən bəhs edir.

“Əbədi sevgi” qala konsertinin və “Sibir” operasının biletləri tezliklə satışda olacaq.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.