Xəbərlər

Millət vəkili Qənirə Paşayeva Qurban bayramını ön cəbhədə əsgərlərlə birlikdə qeyd etdi
15 oktyabr, 2013 16:10

Millət vəkili Qənirə Paşayeva Qurban bayramı münasibətilə Tovuz rayonunda, Ermənistanla ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə görüş keçirib.

Əsgər və zabitlər qarşısında çıxış edən millət vəkili Qənirə Paşayeva onları Qurban bayramı münasibətilə təbrik edib.

Qurban bayramının hikmətlərindən danışan millət vəkili Qənirə Paşayeva hər bir hərbçiyə dualarına çatmalarını diləyib. Qənirə Paşayeva deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır:

“Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaq”.
 
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov da əsgər və zabitləri bayram münasibəti ilə təbrik edib. Daha sonra Qurban bayramı münasibətilə hərbi hissədə qurban kəsilib.

Daha sonra xidmətdə fərqlənən əsgər və zabitlərə hədiyyələr və millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu kitablar  təqdim edilib.

Sonra hərbi hissənin rəhbəri, polkovnik Mais Bərxudarov çıxış edib, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını deyib. Millət vəkili Qənirə Paşayeva və digər qonaqlar əsgər və zabitlər ilə birlikdə nahar ediblər.

Sonda tədbir bədii hissə və əməkdar Artisti Elza Seyidcahan və yerli sənətçilərin iştirakı ilə konsert proqramı ilə davam edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.