Xəbərlər

Fərhad və Rafiq Əliyevlər həbsdən azad olunublar
15 oktyabr, 2013 16:09

Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı “Azpetrol” şirkətinin keçmiş prezidenti Rafiq Əliyev bu gün həbsdən azad ediliblər.

ERtv xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisində 19 nəfər məhkum əfv sərəncamı əsasında azadlığa buraxılıb.

R.Əliyev cəza çəkdiyi 6 saylı cəzaçəkmə müəssisindən bu gün azad edilib.

Jurnalistlərlə söhbətində Rafiq Əliyev özünün və qardaşı Fərhad Əliyevin əfv olunmasına görə Prezident İlham Əliyevə minnətdarlıq bildirib. 

Fərhad Əliyev isə jurnalistlərə açıqlamasında deyib ki, bundan sonra da Azərbaycanın inkişafına xidmət edəcək, ölkə Prezidentinə sadiq qalacaq:

“Cənab prezidentə əfvlə bağlı müraciət etməyimdə təəccüblü heç nə yoxdur. Mənim həmişə bir sadiq amalım, düşüncəm olub.

Ona görə də həbs olunmamışdan əvvəl də, həbs olunduğum, istintaq dövründə də cənab Prezidentə sədaqətli olduğumu bildirmişəm.

Doğrudan da, azadlığa çıxmaq böyük bayramdır. Qardaşım Rafiq Əliyevin də azadlığa çıxması mənim üçün mühümdür. Ona görə cənab prezidentə minnətdarlığımı bildirirəm. Uzun müddətli həbsdən sonra cənab prezident mənim və qardaşımın azadlığa çıxması üçün qərar verdi.

Mənim üçün əziyyət çəkən, məni gözləyən bütün insanlara minnətdaram. Dörd gün sonra həbsdə olmağımın 8 ili tamam olurdu. Həbsdə insan heç cür istədiyi kimi ola bilmir”.

O deyib ki, bundan sonra harada işləməyimdən asılı olmayaraq, Azərbaycan xalqının, millətimizin inkişafına öz töhfəsini verməyə çalışacaq, Heydər Əliyev yoluna sadiq qalacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 14-də imzaladığı əfv sərəncamı 153 məhkuma şamil olunub.

Onlardan 134 nəfəri azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən, azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər cəzadan, 1 nəfər islah işləri cəzasından, 16 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv sərəncamı bir sıra xarici ölkə vətəndaşlarına da şamil olunub.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti bu gün əfv sərəncamının icrasına başlayıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.