Filippində güclü zəlzələ olub
15 oktyabr, 2013 16:01
Filippinin cənubunda 7,2 bal gücündə zəlzələ olub.
ERtv RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) xəbər yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 08:13-də (Bakı vaxtı ilə 05:13) baş verib. Zəlzələnin episentri Bohol adasında, ocağı isə 33 kilometr dərinlikdə olub. Bir qədər sonra 4 dəqiqə ərzində 5,4 və 5,2 bal gücündə təkrar təkanlar qeydə alınıb.
Zəlzələ nəticəsində Kebu şəhərində bina dağılıb, 10 nəfər ölüb, 25 nəfərdən artıq yaralı var.
Sunami təhlükəsi yoxdur.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı