Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev Milli Şuranın 12 oktyabr mitinqindən də razı qalmayıb.
ERtv xəbər verir ki, R.Quliyev özünün Facebook səhifəsində paylaşdığı statusda 12 oktyabr mitinqinin Milli Şuranın sonuncu aksiyası olacağını qeyd edib:
“12 oktyabr mitinqi ilə düzgün strategiyası olmayan müxalifətin final akkordları çalındı. 12 oktyabr mitinqinin indiyə qədər keçirilən mitinqlərdən 20 faizə yaxın çoxsaylı olması ürəkaçan faktordur, ancaq heç bir dəyişiklik etməyə kifayət deyildir.
Bu gündən etibarən nə müxalifət mitinq keçirməyə cəhd edəcək, nə də hökumət onlara şəhərin içərisində yer verəcək. Aktivlik göstərmək istəyənləri sadəcə olaraq neytrallaşdıracaq.
Etiraz və müqavimətin kütləvilik əmsalının aşağı olması hökumətin bütün istiqamətlərdə əl qolunu açdı. Beynəlxalq təşkilatların əvvəlki seçkilərdən fərqli olaraq ziddiyyətli və daha mülayim tonları İ.Əliyev komandasını “düzgün” yolda olduqlarına inandırıb”.